İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elan etdiyi "Tibb müəssisələrinin maye oksigen ilə təmin olunması xidmətləri"nin satın alınması tenderinin qalibi açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi “Çinar-Servis” İstehsalat Kommersiya Firması olub.

Şirkətlə 247.800 manat məbləğində müqavilə imzalanacaq.

Tenderin şərtlərinə əsasən, qalib şirkət tibb müəssisələrinin maye oksigenlə təminatını həyata keçirəcək.

Qeyd edək ki, qalib şirkətin adı daha çox məhkəmə çəkişmələrində hallanır. Şirkətin "İqlim Elmi-İstehsalat Müəssisəsi" MMC və “Varvara Balıq” ASC ilə məhkəmə qarşıdurması olub. Sonuncu olaraq bu il Mərkəzi Bank “Çinar Servis”i valyuta qaydalarını pozduğu üçün cərimələyib.

 

Gülşən Şərif