Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin elan etdiyi "Gəncə şəhər 24 nömrəli 1176 şagird yerlik tam orta məktəbin bərpa-gücləndirilməsi və əsaslı təmiri işlərinin satınalınması" tenderinin qalibi müəyyənləşib.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi "19 saylı Tikinti Təmir İdarəsi" MMC olub.

Şirkətlə 4.524.214,23 manat məbləğində müqavilə imzalanacaq.

Qeyd edək ki, "19 saylı Tikinti Təmir İdarəsi" MMC xüsusən də yüksək məbləğli tenderlərin qalibi olması ilə diqqət çəkir. Şirkətin fəaliyyəti və məlumatları ictimaiyyətə açıq deyil.

Gülşən Şərif