Sumqayıt Dövlət Universitetinin (SDU) tədris binası əsaslı təmir olunacaq.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, təhsil müəssisəsinin iki mərtəbəli tədris binasında yaxın vaxtlarda təmir işlərinə başlanılacaq.

Əsaslı təmir işlərinə 415 360 manat vəsaitin sərf olunacağı ehtimal olunur.

Təmir müddətində bu korpusda təhsil alan tələbələrin digər korpusa köçürələcəyi bildirilir.

Qeyd edək ki, universitetin sözügedən tədris binasının uzun müddətdir təmirə ehtiyacı yaranıb.