Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yeni avtomobillər alır.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, 8 ədəd minik avtomobilinin alınması nəzərdə tutulub.
Qeyd edilib ki, həmin nəqliyyat vasitələri 2023-cü ildə istehsal olunmuş sedan tipli minik avtomobilləri olacaq.
Agentliyə avtomobillərin satışını "Toyota Absheron Merkezi" şirkəti həyata keçirəcək. Nazirlik isə bunun müqabilində şirkətə 523.600 AZN ödəniş edəcək.

 

Sadiq Cavadov