"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin elan etdiyi idarəetmə və telemexanika sistemləri üçün ehtiyat hissələrinin satınalınması üzrə tenderin qalibi açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi "Varlı group" MMC olub.

Şirkətlə 359.363,06 manat məbləğində müqavilə imzalanıb.

Tenderin şərtlərinə əsasən, qalib şirkət "Bakı Metropoliteni" QSC-də idarəetmə və telemexanika sistemləri üçün ehtiyat hissələrinin satınalınması işlərini həyata keçirəcək.

Qeyd edək ki, "Varlı group" şirkətinin fəaliyyəti ilə bağlı məlumatlar ictimaiyyətə açıq deyil. Araşdırmaya görə, şirkət bu il ilk dəfədir ki, tender qalibidir.

 

Gülşən Şərif