Azərbaycanın müharibə gedən ölkələr - İsrail, Fələstin, Ukrayna və Rusiya ilə bu ilin birinci rübü üzrə ticarət dövriyyəsinin həcmi açıqlanıb.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

  • Ukrayna

Bu ilin ilk 3 ayında Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsi 106,7 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 24% çoxdur.

  • Rusiya

Hesabat dövründə Azərbaycanın Rusiya ilə ticarət həcmi 890,7 milyon dollar həcmində olubki, bu da ötən ilin eyni dövrünə nisbətən 15,7% azdır.

  • İsrail

Cari ilin 3 ayında Azərbaycanla İsrailin ticarət həcmi 632,1 milyon dollar olub. Bu göstərici illik müqayisədə 40,4% çoxdur.

  • Fələstin

Bu ilin birinci rübündə Azərbaycanla Fələstinin ticarət həcmi 409,7 min dollar təşkil edib. Bu göstərici 2023-cü ilin eyni dövrünə nisbətən 3,5 dəfə çoxdur.

 

Gözəl Həşimova