Bu gündən “Deloitte & Touche Regional Consulting Services Limited” şirkətinin Azərbaycandakı filialının könüllü ləğv etmə prosesinə başlanılıb. 

İqtisadiyyat.az xəbər verir ki, filial "Deloitte" daxilində aparılan optimizasiya tədbirləri çərçivəsində aktiv fəaliyyəti olmadığı üçün ləğv edilib.  

Bu qərar “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyətinin fəaliyyətinə təsir etmir və o, fəaliyyətini genişləndirməkdə davam edir.

Qeyd edək ki, şirkətin Azərbaycandakı filialı 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi isə "Deloitte"nin Direktorlar Şurasının üzvü Nuran Kərimovdur.