Füzuli rayon Kommunal Müəssisələri Kombinatının elan etdiyi Füzuli rayon Horadiz şəhəri "Qəhrəmanlar" parkında əsaslı təmir işlərinin satın alınması üzrə tender başa çatıb. 

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi "Victory Construction Group" şirkəti olub.

Şirkətlə 196.671,78 manat məbləğində müqavilə imzalanacaq.

Qeyd edək ki, “Viktory Construction Group” MMC ötən il dövlət qeydiyyatına alınıb. Şirkət bir neçə dəfə tenderlərdə qalib olub.

 

Gülşən Şərif