"Həyat-2018" Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibi Fazil Gərayevin vergi borcu yığılıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, vergi borclarını ödəmədiyi üçün onun barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət olunub.

Belə ki, Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi Fazil Gərayevin vergi borcuna görə məhkəməyə ərizə ilə müraciət edərək onun Azərbaycandan çıxışına "stop" qoyulmasını xahiş edib.

İşə hakim Nərmin Əhmədovanın sədrliyi ilə baxılacaq.

Məhkəmə ərizəni təmin etsə, Fazil Gərayevin Azərbaycanı tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, F.Gərayev qanuni təmsilçisi olduğu şirkət 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 30 manatdır, hüquqi ünvanı Sabirabad şəhəri Şəhriyar küçəsi ev 58-də yerləşir. "Həyat-2018" 2021-ci ildə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məcburi köçkünlərin məskunlaşdığı binalarda təmir işlərinin satın alınması üzrə elan etdiyi iki tenderin qalibi olub. "Qaçqınkom" ayrı-ayrılıqda sözügedən şirkətlə 297 368.59 manat və 137 483.71 manat məbləğində satınalma müqaviləsi bağlayıb.