ABŞ prezidenti Co Bayden siyasi rəqibi, keçmiş Amerika lideri Donald Trampla debatlarda iştirak etməyə hazır olduğunu bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"Mən onunla haradasa mübahisə etməkdə məmnun olardım, nə vaxt olduğunu bilmirəm", - Bayden qeyd edib. 

Tramp aprelin 23-də "Action News"a verdiyi müsahibədə yaxın gələcəkdə Baydenlə debata hazır olduğunu söyləyib. Bundan əvvəl Amerikanın aparıcı televiziya şirkətləri və kanalları, o cümlədən ABC, CBS, CNN, NBC və Fox News, Bayden və Trampı noyabrın 5-də keçiriləcək prezident seçkiləri ərəfəsində teledebatlarda iştirak etməyə çağırıb.