Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda yolların xətlənməsi işlərinə 5,5 milyon manatdan çox vəsait xərcləyəcək.

İqtisadiyyat.az xəbər verir ki, agentliyin bununla bağlı elan etdiyi tenderə yekun vurulub.

Tenderin nəticələrinə uyğun olaraq, AYNA paytaxtın küçə və prospektlərində yol xətlənməsi işlərini "Yol Xətt" şirkətinə həvalə edib.

Agentlik görülən işlərin müqabilində isə sözügedən şirkətə 5.525.382,54 (beş milyon beş yüz iyirmi beş min üç yüz səksən iki manat 54 qəpik) manat ödəniş edəcək.

Artıq dövlət qurumu ilə şirkət arasında işlərin reallaşdırılması ilə bağlı müqavilə də imzalanıb.