Dövlət Sərhəd Xidmətinin elan etdiyi "B-92 layihəli Neftqaz tipli gəmilərin orta (əsaslı) təmir işləri" tenderinin qalibi müəyyənləşib.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi "Franklin Offshore İnternational PTE.LTD" şirkətinin Azərbaycandakı "Franklin Offşor Kaspian LTD." Nümayəndəliyi olub.

Şirkətlə 5.250.629,16 manat məbləğində müqavilə imzalanacaq.

Tenderin şərtlərinə əsasən, qalib şirkət B-92 layihəli "Neftqaz" tipli 703-cü gəminin orta (əsaslı) təmir işlərini həyata keçirəcək.

Gülşən Şərif