Dənizkənarı Bulvar İdarəsi yaşıllıq sahələrinə qulluq üçün 2024-cü ildə istifadə olunacaq gübrə, torf və dərmanların satın alınması ilə bağlı tenderə yekun vurub.

İqtisadiyyat.az “Ölkə.Az”a istinadən xəbər verir ki, tenderin qalibi “Nuron” MMC olub və qalib təşkilatla 198 min 966 manat məbləğində satınalma müqaviləsi bağlanıb.

“Nuron” MMC isə tender elanının verildiyi 13.12.2023 tarixindən 3 ay əvvəl - 18.09.2023 tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Süleymanov Nuru İsmayıl oğlu, nizamnamə kapitalı 10 manatdır. MMC Bakı şəhəri Nizami rayonu, Cəmşid Naxçivanski, ev 45, m. 45 ünvanında yerləşir.