Lənkəran Rayon Mərkəzi Xəstəxanası dəhliz və otaqlarda 68 kvadrat metrlik sahədə metlaqların sökülüb yenilənməsinə və 20 qapınının dəstəklərinin dəyişdirilməsinə 80 min manata yaxın vəsait sərf edəcək.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, qeyd olunan işlərin həyata keçirilməsini "Proqress İnşaat EN" şirkəti həyata keçirəcək.

Belə ki, 40 kvadart metrlik sahəyə malik olan döşəmədə metlaqlar söküləcək və yenisi vurulacaq. Həmçinin 28 kvadrat sahəyə malik olan otaqlarda metlaqlar söküləcək və yeni keyfiyyətlisi vurulacaq. Bununla yanaşı xəstəxanada 20 qapının dəstəyi dəyişdiriləcək.

Bunun müqabilində xəstəxana sözügedən şirkətə nə az, nə çox - 79.634,66 manat ödəniş edəcək.