Elm və Təhsil Nazirliyi milyon yarımlıq tenderə yekun vurub.

İqtisadiyyat.az xəbər verir ki, nazirliyin ölkə ərazisində bir sıra təhsil müəssisələri üzrə yanğın əleyhinə su hovuzlarının tikintisi və əsaslı təmiri işlərinin satınalınması ilə bağlı elan etdiyi tender başa çatıb.

Tenderin qalibi isə "RRM təmir-tikinti" şirkəti olub. 

Nazirlik görülən işlərin müqabilində şirkətə 1.428.909,34 manat ödəyəcək.