Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin elan etdiyi Astara rayonu Sərək kənd 264 şagird yerlik tam orta məktəbin tikintisi üzrə tenderin qalibi açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi “İsmayıllı Tikinti 27” MMC olub.

Şirkətlə 3.648.949,27 manat məbləğində müqavilə imzalanacaq.

Qeyd edək ki, mətbuatda yayılan məlumatlara əsasən, “İsmayıllı Tikinti 27” qalmaqallı şirkətlərdən hesab olunur. Belə ki, şirkətin adı keyfiyyətsiz tikinti materialları satmaqda və rüşvət qalmaqalında hallanır. Şirkətin fəaliyyəti ilə hüquqi məlumatlar ictimiayyətə açıq deyil.

 

Gülşən Şərif