Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə İqtisadiyyat.az-a Baş Prokurorluqdan bildirilib.

"1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci -ci (özünü öldürmə həddinə çatırma) maddəsi ilə cinayət işi başlanıb", - məlumatda deyilir.

***

14:18

Respublikanın sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyev özünü öldürüb.

İqtisadiyyat.az apa-ya istinadən xəbər verir ki, hadisə Abşeron rayonu Goradil qəsəbəsində qeydə alınıb.

1951-ci il təvəllüdlü Nəsib Quliyev evində ov tüfəngi ilə özünü güllələyib.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb edilib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Qeyd edək ki, tibb elmləri doktoru, 73 yaşlı professor Nəsib Quliyev 2020-ci ildə yaş həddi ilə əlaqədar olaraq K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru vəzifəsindən, 2021-ci ildə isə respublikanın baş pediatrı vəzifəsindən azad olunub.