Şəkidə yerləşən "Yuxarı Baş" Milli Tarix Memarlıq Qoruğunun ərazisində tikinti və yenidənqurma işləri davam etdiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, qoruqda görüləcək bu işlərə əlavə olaraq 1.309.805,02 manat ayrılacaq.

Dövlət Turizm Agentliyi (DTA) tikinti və yenidənqurma işlərinin davam etdirilməsi üçün elan etdiyii tenderə yekun vurub. Tenderin qalibi isə "İsmayilli tikinti-27" şirkəti olub.

Agentliklə şirkət arasında müqavilə imzalanacaq və sözügedən məbləğ şirkətə ödəniləcək.