Ədliyyə Nazirliyinin Penitensiar xidməti "Yumşaq inventarların satınalınması" tenderini başa vurub.

İqtisadiyyat.az xəbər verir ki, tenderin qalibi  "Black Rams Uniform" MMC olub.

Şirkətlə 4.199.738 manat məbləğində müqavilə imzalanacaq.

Qeyd edək ki, "Black Rams Uniform" şirkəti əvvəlki dövrlərin bir sıra tenderlərində də qalib olub. Şirkətin fəaliyyəti çərçivəsində istənilən növ hərbi geyimlər hazırlanır.

Gülşən Şərif