"Beta Tea" satışa çıxardığı məhsullardan birinin qiymətini olduğu kimi saxlayaraq çəkisini azaldıb.

İqtisadiyyat.az xəbər verir ki, "SNAX" brendi altında satışa çıxarılan fısdığın çəkisi 150 qramdan 120 qrama endirilib.

Çəkisi azaldılsa da, məhsulun qiyməti isə endirilməyib. Qablaşdırılan "SNAX" fısdıqları çəkisi azaldılandan sonra da marketlərdə əvvəlki qiymətə (2 manata) satılır.

Şirkətin bu addımı məhsulun bahalaşdırılması kimi qiymətləndirilir.