Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi yolların xətlənməsi (1-2), eləcə də “Zığ Avtoparkı” MMC-yə məxsus avtobus qarajının tikintisi (3) ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.

Tenderlərin qalibləri müvafiq olaraq "1 №-li Xüsusi Təyinatlı Yol İstismarı", "Yol Xətt" və "Minera" MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 1,558 milyon manat, 18,085 milyon manat və 5,677 milyon manat, ümumilikdə isə 25,32 milyon manat ödəniləcək.