2021-ci ilin ilk yarısında Yaşıl Kart Sistemi çərçivəsində 5 919 sığorta müqaviləsi rəsmiləşdirilib və həmin müqavilələr üzrə 1 237 159 manat sığorta haqqı toplanıb.

İcbari Sığorta Bürosundan verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə bağlanan sığorta müqavilələrinin sayında 29% azalma, sığorta haqlarında isə 16% artımın olduğunu deməyə əsas verir.

Məlumata görə, sığorta müqavilələrinin sayında azalma olsa da, toplanan sığorta haqlarında artım müşahidə olunmasının təməl səbəbi minik avtomobillərinin xarici dövlətlərə çıxışının kəskin azalmasıdır.

Beləliklə, 2020-ci ilin ilk 6 ayında Yaşıl Kart sığorta müqavilələri üzrə ortalama sığorta haqqı 127,77 manat, 2021-ci ilin müvafiq dövründə isə 209,35 manat olub.