HƏMAS hərəkatı ilə İsrail arasında münaqişə başlayandan bəri Qəzza zolağında 115 körpə ölüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin İşğal olunmuş Fələstin Ərazilərində Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.

Məlumata görə, ölənlər arasında 48-i 1 aylıq körpələrdir.

Bildirilib ki, ölənlərin hamısı səkkiz aydan kiçik olub.

Bu ilin avqustun 1-nə şəxsiyyətləri müəyyən edilmiş və sənədləşdirilmiş 32,3 min ölən arasında 10,6 min uşaq, o cümlədən 663 bir yaşa qədər uşaq var.

 

Gözəl Həşimova