Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1226,6 milyon manatlıq məhsul istehsal edilib.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 69,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 25,3 faiz, kimya sənayesi məhsullarının istehsalı isə 8,2 faiz artıb.