Rusiyanın Tuva vilayətində 497 hektar ərazini əhatə edən dəhşətli meşə yanğınları başlayıb. Tandinski rayonunda fövqəladə vəziyyət rejimi tətbiq edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, bölgədə 7 aktiv meşə yanğını qeydə alınıb.