Ukraynadakı hərbi əməliyyatların Rusiya ərazisinə sıçraması səbəbindən qarşı tərəfin silahlı qüvvələrinin 5000 nəfərdək şəxsi heyəti Ukrayna ərazisindən çıxarılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Bildirilib ki, Ukrayna ordusunun Rusiya ərazisində ABŞ istehsalı olan “Bradley” və “Stryker” markalı zirehli hərbi texnikadan istifadə edir. Buna səbəb kimi göstərilir ki, Ukraynanın cənub və şərq hissələrində minalanmış sahələrin çoxluğu və qarşı tərəfin PUA-lardan yararlanması səbəbindən sözü gedən texnikanı həmin ərazilərə yönəltmək mümkünsüzdür.

Qeyd edək ki, ABŞ Rusiya ərazisindəki hədəflərlə bağlı kəşfiyyat məlumatlarını məqsədli şəkildə Ukrayna tərəfinə ötürmür. Bununla rəsmi Vaşinqton Ukraynanın Rusiyaya hücumunun təşkilatçısı olmaq istəmir.