Somalidə terrorçuların hökumət qüvvələrinə məxsus avtomobili partlatması nəticəsində azı 12 nəfər ölüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Garowe" nəşri məlumat yayıb.

"Somalinin cənubunda, yol kənarında hökumət qüvvələrinin pikapını hədəf alan partlayış nəticəsində azı 12 nəfər həlak olub, 9 nəfər yaralanıb", - deyə məlumatda bildirilir.

hücuma görə məsuliyyəti “Əl-Şəbab” qruplaşması üzərinə götürüb.