Bakının məşhur, özünəməxsus təamları və dünya pivə brendlərinin verildiyi “Yaban” restoranlar şəbəkəsi daha bir məkanda fəaliyyətə başlayıb.

Dünən Mərdəkanda yerləşən "Dalga Beach Aquapark Resorts"da "Yaban Dalga"nın açılışı olub.

 

Açılışda iştirak edən restorator Rəşid Hüseynov bildirib ki, "Yaban" dünya standartlarına uyğun şəkildə fəaliyyət göstərir:

"Sabahdan etibarən sizin xidmətinizdəyik. Yayın qızmar günlərində bu gözəl məkanda dincələ bilərsiniz. Xeyirli olsun...".

Çəlləkdən süzülən ləzzətli pivələri dadmaq və istirahətinizə Mərdəkan havasında rəng qatmaq istəyirsinizsə "Yaban'a yollana bilərsiniz. 

Xatırladaq ki, "Yaban"ın digər filialı Yeni Bulvardadır (Su İdman Sarayının yaxınlığında).

Fərqli konseptdə olan "Yaban Bulvar"da ölkənin ən məşhur aşpazları çalışır.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by ErdingerDalga (@yaban_dalga)