Avtomobil istehsalçısı Volvo Cars cümə axşamı bildirib ki,  proqnozlardan yuxarı mənfəət əldə etdikdən sonra çip məhdudiyyətləri tədricən yaxşılaşır.

Yarımkeçiricilərin qlobal çatışmazlığı Goteborqda yerləşən avtomobil istehsalçısını və qlobal rəqiblərini potensial avtomobil alıcılarının güclü tələbinə baxmayaraq, avtomobil istehsalını azaltmağa məcbur edib. 

Volvo, xüsusi yarımkeçiricinin müvəqqəti çatışmazlığı səbəbindən birinci rübün sonunda istehsalın azaldığını açıqlayıb və tədarük probleminin ikinci rübdə də qalacağına dair xəbərdarlıq edib.

Avtomobil istehsalçısının birinci rübdə əməliyyat mənfəəti bir il əvvəl 8,4 milyarddan 6,0 milyard İsveç kronuna (607,4 milyon dollar) düşüb. Analitik orta hesabla 4,13 milyard mənfəət proqnozlaşdırmışdı.

böyük hissəsi Çinin Geely Holdinqinə məxsus olan Volvo, 2022-ci il üçün tədarüklərdə illik marjinal artım proqnozunu saxlayıb.

Bu ayın əvvəlində onun avtomobil satışlarının birinci rübdə 20% azalaraq 148,295 avtomobilə düşdüyünü bildirib.Fevral ayında Volvo Rusiyada bütün satış, xidmət və istehsalı dayandırdı, keçən il onun xalis qrup satışlarının təxminən 3%-ni təşkil edib.