"Ukraynanın yeni silah növlərinə ehtiyacı yoxdur."

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bunu Almaniya kansleri Olaf Şolts Lissabonda çıxışı zamanı deyib.

O bildirib ki, Kiyevə əvvəlkindən də çox silah göndərməlidir. Söhbət raketdən müdafiə sistemlərindən, tanklardan və sursatlardan gedir.