İsrail Hərbi Hava Qüvvələri son 24 saat ərzində Qəzza zolağı boyunca 50-yə yaxın müxtəlif hədəfə hücum edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hədəflər silahlı fələstinli döyüşçülərin dəstələri, müşahidə məntəqələri və müxtəlif hərbi infrastruktur obyektləri olub.

Qeyd edilib ki, anklavın cənubundakı Rəfah şəhəri ərazisində İsrail Hərbi Hava Qüvvələri məqsədyönlü reydlər keçirən quru bölmələrinə dəstək verib və bir neçə silahlı şəxsi və bir neçə infrastruktur obyektini məhv edib.