İtaliyanın şərq sahillərində çimərliyə ildırım düşməsi nəticəsində 3 nəfər xəsarət alıb.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Alba Adriatika çimərliyində baş verib. 

Məlumata görə, ildırım çaxarkən üç qadın dənizin kənarında olub. Nəticədə onlardan biri, 41 yaşlı yerli sakinin ürəyi dayanıb. Zərərçəkmiş daha sonra vertolyotla xəstəxanaya yerləşdirilib.

Bundan başqa, Belçikadan olan 64 yaşlı turist də ağır yaralanıb və xəstəxanaya çatdırılıb.

Üçüncü şəxs isə Alba Adriatikadan olan 44 yaşlı qadın paresteziya diaqnozu ilə təcili yardım şöbəsinə yerləşdirilib.