Cənubi Koreyanın əsas fond birjası indeksi KOSPI ABŞ-də iqtisadi artımın yavaşlaması səbəbindən 8,7% azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi  ticarət məlumatlarına istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, indeksin 8%-dən çox azalması səbəbindən yerli vaxtla saat 14:14-də ticarət 20 dəqiqə dayandırılıb. Onların bərpasından sonra göstərici müvəqqəti olaraq 2386,9-a (10,8%) düşüb. Bununla da ölkədə ticarət 2020-ci ilin martından bəri ilk dəfə olaraq dayandırılıb.

Qeyd edək ki, səhm qiymətlərinin düşməsi ABŞ-də gözləniləndən daha pis olan məşğulluq məlumatları ilə əlaqələndirilir.

 

Sadiq Cavadov