Tayvanın Müdafiə Nazirliyi Xalq Azadlıq Ordusunun 36 təyyarəsi və 12 gəmisinin adaya yaxınlaşdığını bildirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ordunun "X" səhifəsində yerləşdirilmiş bəyanatda deyilir.

Departamentin məlumatına görə, 31 təyyarə adanın materik Çinlə qeyri-rəsmi sərhədi hesab etdiyi Tayvan boğazının median xəttini keçib. Hava hədəfləri arasında Çin döyüş təyyarələri, pilotsuz uçuş aparatları və helikopterlər olub.