İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində son 5 gündə qum fırtınasından zərər çəkən 1362 nəfər xəstəxanaya yerləşdirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barıdı "Tasnim" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, Sistan-Bəlucistan əyalətində baş verən qum fırtınası xüsusilə vilayətin şimal bölgələrində öz təsirini göstərib.

Zabul, Zahek, Hamun, Hirmen, Nimruz, Zahidan, Mircave, Nüsrət Abad, Xaş, Saravan, İranşəhr və Mehristan şəhərlərində baş verən tufan bir milyona yaxın insanın həyatına mənfi təsir göstərərkən, 1362 nəfər xəstəxanalarda müalicə altına alınıb.

Sistan-Bəlucistanda "120 günlük tufanlar" adlanan küləyin gücləndiyi günlərdə tənəffüs yolları xəstəlikləri olan minlərlə insan xəstəxanalara müraciət edir.