İspaniyanın "Iberia Express" və "Air Europa" aviaşirkətləri Tel-Əvivə uçuşları müvəqqəti dayandırıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə aviaşirkətlər məlumat yayıb.

"Air Europa" avqustun 4-dən 7-dək Madrid və Təl-Əviv arasında müntəzəm reysləri müvəqqəti dayandıracaq. "Iberia Express" isə Ben Gurion hava limanına uçuşları ən azı avqustun 5-dək dayandırıb.

Bundan əvvəl Yaxın Şərqdə vəziyyətin pisləşməsi ilə əlaqədar bir sıra digər beynəlxalq aviaşirkətlər, o cümlədən Almaniyanın Lufthansa, American Delta və United Airlines şirkətləri İsrailə uçuşları dayandırmışdı.