Moldovada ABŞ və Rumıniya hərbçilərinin iştirakı ilə "Atəş Qalxanı - 2024" hərbi təlimləri başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyi məlumat yayıb.

“Təlimdə məqsəd milli ordunun hərbi-texniki bölmələrinin və artilleriya sistemlərinin təlimə cəlb olunması, onların əməliyyat imkanlarının inkişaf etdirilməsi və qarşılıqlı fəaliyyət qabiliyyətinin artırılmasıdır”, - deyə məlumatda bildirilir.

“Atəş Qalxanı” təlimi 2015-ci ildən Moldovada hər il keçirilir və milli ordunun təlim planının bir hissəsidir.