Avropa İttifaqı "BelTA" xəbər agentliyinin baş direktoru İrina Akuloviç də daxil olmaqla 28 Belarus təhlükəsizlik rəsmisi, hakim və jurnalistə qarşı sanksiya tətbiq edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.

Məlumata görə, Şura bu gün 28 şəxsə qarşı əlavə qadağanedici tədbirlərin görülməsi barədə qərar qəbul edib. Aİ onları “daxili repressiyaları” və “insan hüquqlarının pozulmasını” dəstəkləməkdə ittiham edib.

 

Gözəl Həşimova