Polşa Xarici İşlər Nazirliyi respublika vətəndaşlarına qalmaları zərurət olmadığı halda Livan ərazisini tərk etməyi tövsiyə edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə departament "X"də paylaşım edib.

"Livan ərazisində qalmağa ehtiyac yoxdursa, risk altında olan ərazini tərk etməyiniz tövsiyə olunur", - məlumatda qeyd edilir.

Bundan əvvəl Xarici İşlər Nazirliyi İsrail, Livan və İrana səyahətlə bağlı tövsiyələri yeniləyərək insanları bir daha bu ölkələrə səfərlərdən çəkinməyə çağırıb. Polşanın LOT aviaşirkəti avqustun 2, 3 və 4-də Beyrut və Təl-Əvivə uçuşları ləğv edib.