Ukrayna ABŞ-dən 3,9 milyard dollar dəyərində təmənnasız qrant alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal “Telegram”dakı hesabında yazıb.

Onun sözlərinə görə, Ukrayna Dünya Bankının layihəsi vasitəsilə ABŞ-dan 3,9 milyard dollar alıb: "Bu vəsait müəllimlərin, həkimlərin və xilasedicilərin əmək haqları, pensiya və sosial müavinətlər kimi prioritet büdcə xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək. Bu il Ukrayna ABŞ-dən 7,8 milyard dollar birbaşa büdcə dəstəyi alacaq ki, bu da bizə bu maliyyə dövrünü inamla keçməyə imkan verəcək", - Ukrayna Baş naziri bildirib.