ABŞ-də zəif işçi qüvvəsi məlumatlarının iqtisadi tənəzzüllə bağlı narahatlıqları artırmasından sonra Yaponiya valyutası dollar qarşısında bu ilin yanvarın 2-dən bəri ən yüksək səviyyəyə çatıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, dollar/yen pariteti 143,3-ə çatıb.

Dünyanın dördüncü ən böyük iqtisadiyyatı olan Yaponiyanın pul vahidi son bir ayda dollar qarşısında 13 faiz dəyər qazanıb.

Xüsusilə ABŞ iqtisadiyyatında valyuta bazarında yavaşlama əlamətləri və Yaponiya Bankının ötən həftə faiz dərəcəsini 15 bənd artıraraq 0,25 faizə çatdırması yenin digər valyutalar, xüsusilə də dollar qarşısında əhəmiyyətli dəyər qazanmasına səbəb olub.

 

Gözəl Həşimova