BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində ADA Universitetində iqlim dəyişikliyi ilə bağlı yay düşərgəsi təşkil olunacaq.

İqtisadiyyat.az-ın məlumatına görə, bununla bağlı COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Paylaşımda qeyd edilib ki, avqustun 6-dan 9-dək təşkil olunacaq düşərgə beynəlxalq müəllimləri iqlim dəyişikliyi ilə bağlı məsələləri öz tədris proqramlarına daxil etmək üçün ruhlandıracaq.