Moldova Xarici İşlər Nazirliyi Yaxın Şərqdə gərginliyin artması ilə əlaqədar təhlükəsizlik təhdidləri səbəbindən ölkə vətəndaşlarını İsrailə səfərdən imtina etməyə çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Moldova XİN-in teleqram kanalında yerləşdirilən bəyanatda deyilir.

"Xarici İşlər Nazirliyi Moldova Respublikası vətəndaşlarına eskalasiya və artan təhlükəsizlik riskləri səbəbindən İsrailə, eləcə də Yaxın Şərqə səyahət etməkdən çəkinməyi qətiyyətlə tövsiyə edir", - bəyanatda qeyd edilib.