"Banqladeşdə davam edən tələbə etirazları fonunda mobil internet xidməti yenidən məhdudlaşdırılıb". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "The Daily Star" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, ölkədəki operatorlar 4G xidmətlərinin dayandırılması ilə bağlı respublika orqanlarından göstərişlər alıblar. Əvvəllər hökumət sosial şəbəkələrə girişi bloklamağı əmr etmişdi.

Banqladeşdə vəziyyət gərgin olaraq qalır. Ölkənin müxtəlif bölgələrində hökumət əleyhinə kütləvi etirazlar davam edir. Son məlumatlara görə, bazar günü toqquşmalarda 8 nəfər həlak olub. Əksər banklar və mağazalar bağlanıb.