ABŞ-nin vitse-prezidenti Kamala Harrisin seçki kampaniyası iyulda 310 milyon dollar ianə toplayıb ki, bu da keçmiş prezident Donald Trampın həmin dövrdə topladığı vəsaitdən iki dəfə çoxdur.

İqtisadiyyat.az bu barədə "The Washington Post"a istinadən xəbər verir.

Harris kampaniyası elan edib ki, 2024-cü il seçki dövrünün ən böyük məbləği iyul ayında toplanıb.

Bundan əlavə, ABŞ prezidenti Co Bayden seçki yarışını tərk etdikdən sonra ilk həftədə Harrisin kampaniyası 200 milyon dollardan çox vəsait toplayıb.

Qeyd olunur ki, Tramp da öz növbəsində iyulda 138,7 milyon dollar toplayıb.

 

Gözəl Həşimova