Böyük Britaniyanın Daxili İşlər Nazirliyi etirazlar fonunda məscidlərin gücləndirilmiş mühafizəsi üçün 30 milyon funt sterlinq ayırıb. 

İqtisadiyyat.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Britaniya departamentinin məlumatında deyilir.

“Hücum riski yaranarsa, yerli hakimiyyət orqanları və məscidlərə Daxili İşlər Nazirliyindən təhlükəsizlik qüvvələri dərhal cəlb ediləcək”, - məlumatda bildirilir.

Xatırladaq ki, iyulun 29-da Sautport şəhərində 17 yaşlı gənc bıçaqla uşaqlara hücum edib. Nəticədə 3 uşaq ölüb, bir neçə uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən yeniyetmə polis tərəfindən saxlanılıb. Hadisəni törədən yeniyetmənin miqant olması barədə təsdiqini tapmamış məlumat fonunda Sautport, London və digər şəhərlərdə kütləvi aksiyalar başlayıb, polislə toqquşmalar olub.