Son 5 ildə Azərbaycanın qeyri-neft sektorunun özəl bölməsində daimi əmək müqavilələrinin sayı 79 % artıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bu, 426 min yeni əmək müqaviləsi deməkdir.

"Əmək bazarında keyfiyyət dəyişikliyi iqtisadi artım, yeni müəssisələrin fəaliyyətə başlaması, investisiya təşviqi çərçivəsində həyata keçirilən layihələr və təşviq əsaslı vergi siyasətinin nəticəsidir", - deyə nazir əlavə edib.