Kiyev hakimiyyət orqanlarının və NATO ölkələrinin nümayəndələri bu gün Vaşinqtonda keçiriləcək görüşdə uzunmüddətli hərbi dəstək haqqında sənədi qəbul edəcəklər.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında bildirib.

"Bu gün biz Ukrayna Sazişini qəbul edəcəyik, çünki bu sənəd bizim təhlükəsizlik arxitekturamızı inkişaf etdirəcək", - o, Kiyevin yenidən NATO-ya dəvət edilməməsini məğlubiyyət hesab edirmi sualına cavab verib.