Bu ilin birinci yarısında Azərbaycan 181,4 milyon ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2023-ci ilin eyni ayları ilə müqayisədə 14 milyon dollar çoxdur.

Hesabat dövründə geyim əşyaları və geyim üçün ləvazimatların idxalı Azərbaycanın ümumi idxalının 2,05 %-ni təşkil edib.

 

Gözəl Həşimova