İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Pirallahı Sənaye Parkının fəaliyyəti əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman vasitələrinə olan tələbatının ödənilməsinə, yerli istehsalın və məşğulluğun təşviqinə töhfələr verir.

İqtisadiyyat.az İZİA-ya istinadən xəbər verir ki, investisiya kapitalı 121 milyon manatdan çox olan 7 sahibkarlıq subyektinə Sənaye Parkının rezidentliyi statusu verilib və bunlardan 2-si artıq istehsal fəaliyyətinə başlayıb.

İndiyədək Sənaye Parkında 53 milyon manatlıq məhsul satışı həyata keçirilib. Pirallahı Sənaye Parkına bugünədək 41 milyon manatadək investisiya yatırılıb, 150-dən çox daimi iş yeri yaradılıb. Bundan başqa, mövcud layihələr üzrə əlavə olaraq 76 milyon manatdan çox investisiyanın qoyulması, 400-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur.